Kompaniyanın təcrübəsi obyektin memarlıq konsepsiyasından, planlaşdırmadan başlayaraq tikinti işlərinin icra edilməsi və istismara verilməsinədək bütün xidmətlər kompleksinin həyata keçirilməsinə kömək edir. Layihənin idarəedilməsinə bu cür yanaşma Texniki Sifarişçi, Baş layihəçi və Baş podratçı arasında qarşılıqlı əlaqə yaratmağa kömək edir. Bu üstünlük layihənin daha qənaətli və keyfiyyətli yerinə yetirilməsinə və obyektin planlaşdırılmış vaxtda istifadəyə verilməsinə zəmanət verir. İdarəetmə və tikinti sahəsində toplanmış təcrübəyə əsaslanaraq bizim kompaniya ən qısa zamanda öz qüvvəsi ilə Azərbaycanın paytaxtında və regionlarda ən çətin layihəni reallaşdıra bilər. Biz hər bir sifarişçiyə fərdi yanaşma, qiymətlərə münasibətdə çevik siyasət, operativ və seçimli təchizat, logistika və materialların daimi müştərilərə çatdırılmasını, həmçinin bu sahə ilə bağlı innovasiya texnologiyalarına sərmayə qoyuluşunda da biz öz xidmətlərimizi təklif edirik.
"Alliance Engineering" yaranan məsələlərə görə konsultasiyalar apararaq Baş podratçı rolunu da öz üzərinə götürür.
BUNUNLA YANAŞI KOMPANİYA AŞAĞIDAKI MƏSƏLƏLƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIYIR:
obyektdə tikinti işlərini aparmaq və onu vaxtında təhvil vermək;
subpodrat təşkilatların fəaliyyətinə nəzarət etmək;
tikintini lazım olan tikinti materialları, texnika, avadanlıqla təchiz etmək;
dövlət təşkilatları ilə qarşılıqlı əlaqələr yaratmaq;
lazım olan sənədləşməni tərtib etmək;
sifarişçi ilə daimi əlaqə yaratmaq;
obyektin, ətraf mühitin qorunmasını təmin etmək;
texniki təhlükəsizliyin qaydalarını təmin etmək, həmçinin tikinti normalarına və qaydalarına riayət etmək.
AŞAĞIDA GÖSTƏRİLƏN TİKİNTİ VƏ LAYİHƏLƏŞDİRMƏ İŞLƏRİ ÜÇÜN ÖZ XİDMƏTLƏRİMİZİ TƏKLİF EDİRİK:
tikinti;
baş podrat;
mühafizə-yanğın siqnalizasiyanın quraşdırılması;
tikinti-montaj işləri;
istismara verilənə qədər layihələrin idarə edilməsi;
mühəndislik işləri;
konsaltinq;
layihə işləri;
dam örtüyü işləri;
obyektlərin yenidənqurulması;
mühəndislik tapıntıları;
modul obyektlərin tikintisi;
icazə sənədlərinin hazırlanması;
mühəndis şəbəkələrinin montajı;
zəif cərəyan şəbəkəsi;
montaj və qaydaya salma;
anbar logistik komplekslər;
ofis - inzibati binalar;
diler avtomobil mərkəzləri;
ticarət mərkəzləri və ticarət-əyləncə kompleksləri;
idman tikintiləri, iriqabaritli binalar;
istehsalat binaları;
şоурум, Spa və sağlamlıq mərkəzləri.
Bizim kompaniya dövlət və inzibati obyektlərin, villa və şəhərciklərin, ofis - inzibati binaların, SPA, zavodların, şourumların tikintisi və layihələşdirilməsi, həmçinin obyekt və binaların dizaynı və interyer bəzəmələri üzrə ixtisaslaşır.