Tikintiyə sərmayə
Biz daşınmaz əmlak və tikinti bazarına əsaslı surətdə bələd olduğumuz üçün sərfəliliyinə görə ynikal təkliflər tapa bilərik. Biz biliklərimizi öz tikinti layihələrimizin də həyata keçirilməsində istifadə edirik.
Alliance Engineering biznes layihələrin yaradılması üzrə xidmətlərin tam kompleksini təklif edir. Bizim komanda layihənin başlanğıcından istismara verilməsinə və personalın öyrədilməsinə qədər köməklik edə bilər. Əgər Siz müasir Wellness yaxud SPA mərkəzi yaratmaq istəyirsinizsə, ya da digər biznes ideyanız varsa, bizim komanda Sizin ideyanıza uyğun layihə tərtib edə bilər; layihəyə uyğun olaraq kompleksi tikər və istismara verər, həmçinin yeni ideyalar təklif edə bilərlər.
Obyektin komplektləşdirilməsi – nəinki mühüm, həm də dizayn-layihənin ən gərəkli hissəsidir. Keyfiyyətli interyer dizaynını obyektin komplektləşdirmə xidməti olmadan təsəvvür etmək çətindir. Məhz ona görə bu xidmət layihələşdirmə, sənədləşmə, tikinti və təmirlə bir cərgədə durur. Gözəl və funksional interyerin sirri bəzən materialların, avadanlığın, mebelin, işıqlandırmanın və dekoratif elementlərin harmonik uyğunlaşmasındadır. Bu hər bir detalı mühüm olan hazır interyerdə harmoniyanın qarantıdır, odur ki, bu işdə kompleks yanaşma vacibdir.
DAİMİ TƏDQİQATLAR VƏ TƏMAYÜLLƏRİN İZLƏNMƏSİ VƏ TİKİNTİ SƏNAYESİ BAZARINDA MEYİLLƏRİN İZLƏNMƏSİ SƏNAYE, OFİS, TİBB, ƏYLƏNDİRİCİ, TURİSTİK, TİCARƏT OBYEKTLƏRİNİN, HƏMÇİNİN ANALOQU OLMAYAN STARTAPLARIN KOMPLEKTLƏŞDİRİLMƏSİ VƏ TİKİNTİSİ ÜÇÜN İMKAN YARADIR:
sənaye (zavod, fabrik, Biznes Mərkəzi);
tibb (klinika, poliklinika, hospital, stomatologiya və s.);
əyləndirici (restoranlar, kafelər və s.);
kiçik biznes üçün hazır, bütün avadanlıqla təchiz olunmuş maşınlar, treylerlər və motosikllər (təkər üstə kafe və suvenir mağazası).
İdeyalar
Biz hər hansı bir cəsarətli biznes-ideyaların və təkəbbürlü biznes-layihələrin cəlb edilməsində maraqlıyıq. Biz Sizin ən müxtəlif təkliflərinizi qəbul etməyə hazırıq, çünki ən qəribə görünən layihələrin işlənməsi, bazara çıxarılması və o cür kompaniyaların idarə edilməsi üçün böyük təcrübə və bilikərə sahibik.
Biznes-layihənin ən başlıca şərtlərindən biri və biznesin uğurunun qarantı - biznes-ideyanın potensial sərmayəçilər üçün savadlı təqdim edilməsidir.
Əgər Sizin yalnız maraqlı biznes ideyanız, yaxud artıq hazır biznes layihəniz varsa, amma onların reallaşmasında çətinliklər yaranırsa – biz Sizin bütün təşəbbüslərinizdə layihənin, ya kompaniyanın hər hansı inkişaf mərhələsində Sizə kömək etməyə hazırıq.
Bizi elmi texnologiyalar sahəsində innovativ ideyalar və innovativ biznes layihələr maraqlandırır. Amma əgər təqdim olunan layihələr kapital qoyuluşu üçün maraq doğurursa, biz biznes ideyaların digər variantlarını da müzakirə edə bilərik.
Sizin BİZNES İDEYANIZ və bizim BİZNES LAYİHƏNİN reallaşmasına töhfəmiz – hər ikimizin faydasıdır.