Memarlıq və dizayn – insanın mənəvi və əməli tələbatlarlna cavab verən binaların tikintisinə yönəlmiş prosesin idarəedilməsi və layihələşdirilməsi ilə bağlı fəaliyyətdir. Bizim fəaliyyətimiz konseptual planlaşdırmadan başlayaraq niyyətləri ideala çevirən genişmiqyaslı həyata keçirilənədək interyerin və dekorun dizaynının bütün tərəflərini əhatə edir.
Tikinti sənayesi – insan resurslarının qabaqcıl üsullarının tətbiqi baxımından ən qeyri-şəffaf olanıdır. “Holdinq tikintisi”nə yaranan dəb özünü vergilərin və məsariflərin minimallığı ilə doğruldur. Bu zaman biznes-portfel – tikinti materiallarının işlənib hazırlanmasından və istehsalından tutmuş daşınmaz əmlakın layihələşdirilməsi və tikintisinədək, axır qiymətin əmələ gəlməsinə lazımi və hiss ediləcək dəyər gətirən müxtəlif təşkilatları özündə birləşdirir.
Layihələşmə tikintidə başlanğıc və çox mühüm mərhələdir. Bu mərhələdə bizim lompaniyanın komandası sifarişçinin istəklərini öyrənməklə sahənin ya binanın funksional xüsusiyyətlərini, normativ sənədlərin tələblərini də yaddan çıxarmır. Bu mərhələdə müştərinin istəklərinə üstünlük verən qərarın tapılması çox vacibdir.
Bizim yüksək ixtisaslı məsləhətçilərimiz öz müştərilərinə biznesin aparılması məsələləri üzrə ekspertlərin tövsiyələrini və məsləhətlərini verməyə qadirdilər. Konsaltinq anlayışına təhliletmə, kompaniyanın perspektivlərini, sifarişçinin ehtiyatlarını öyrənmək, həmçinin sahənin nə dərəcədə əlverişli olması proqramı daxildir.
Texniki xidmət binanın texniki istismarı prosesində təmizlik, kökləmə, qaydaya salma, xarab olmuş elementlərin dəyişdirilməsi üzrə profilaktik işlərin aparılmasını, avadanlığın və mühəndis sistemlərinin işlək vəziyyətdə saxlanılmasını təmin edir. Bizim sistem göstərilən zaman kəsiyində (gündəlik, aylıq, üçaylıq və s.) işlərin plan üzrə aparılmasını nəzərdə tutur.
Alliance Engineering kompaniyası tərəfindən sənayenin müxtəlif sahələrinə aid olan müəssisələr üçün bir çox layihələr həyata keçirilmişdir. Layihənin idarəedilməsinin autsorsinqə verilməsi maliyyə və zaman risklərini azaltmağa imkan verən ən optimal qərara çevrilir. Tikinti layihələrinin idarə edilməsi yüksək ixtisaslı mütəxəssislər komandası tərəfindən aparılır. Alliance Engineering komandasına personalın və layihələrin idarəedilməsində böyük təcrübəyə malik olan menecerlər daxildir.
İnnivasiya texnologiyaları – layihənin ardıcıllıqla yerinə yetirilməsi üçün təyin edilmiş müasir üsullar və vasitələrdir. Başqa sözlə desək, innovasiyalar tərəqqinin təkanverici qüvvəssidir. Onlarsız heç bir islahat yaxud təsərrüfat həlli ötüşə bilməz, çünki yeni ideyanın həyata keçməsi üçün unikal işləmə və şəkli dəyişdirilmiş avadanlıq lazımdır.