Alliance Engineering kompaniyası tərəfindən sənayenin müxtəlif sahələrinə aid olan müəssisələr üçün bir çox layihələr həyata keçirilmişdir. Layihənin idarəedilməsinin autsorsinqə verilməsi maliyyə və zaman risklərini azaltmağa imkan verən ən optimal qərara çevrilir. Tikinti layihələrinin idarə edilməsi yüksək ixtisaslı mütəxəssislər komandası tərəfindən aparılır. Alliance Engineering komandasına personalın və layihələrin idarəedilməsində böyük təcrübəyə malik olan menecerlər daxildir.
Tikinti layihələrinin idarəedilməsinə ilkin şərtlərin təhlili, layihələşmənin maliyyələşdirmə və istehsal qrafikinin tərtibi, icraçıların seçilməsi, tikintinin mərhələlərində məsləhətləşmələr və monitorinqlər daxildir. İdarəetmənin həll etdiyi ən mühüm vəzifələrdən biri – vəzifələrin yerinə yetirilməsinin təmini, məqsədlərin həyata keçirilməsi və, nəticə etibarilə, vəzifələrin tələb olunan həcmdə və müddətdə yerinə yetirilməsidir.
Layihəyə idarəetmə həmişə innovasiyalarla bağlıdır, yeni bazarın, yeni məhsulun yoxlanma elementlərini daşıyır. Bu zaman layihəyə mütləq müştərilərin, tərəfmüqabillərin ya sifarişçilərin nümayəndələrinin cəlb edilməsi gərəkdir (məsələn, yeni məhsulun düzəldilməsində). Layihə idarəetməsinin məqsədi – konkret vəzifənin ən qısa zamanda ən minimal tranaksion məsariflə həll olunmasıdır.
TİKİNTİ LAYİHƏLƏRİNİN GEDİŞATI AŞAĞIDAKI MƏRHƏLƏLƏRDƏN İBARƏTDİR:
sahənin seçilməsində köməklik;
tikinti və təmir haqqında qərarın qəbulu;
bütün mənbələrin əlaqələndirilməsi;
mövcud tikinti planının təhlili və onun təkmilləşməsinə yönəlmiş təkliflərin salınması;
layihənin son hala salınması.