Memarlıq və dizayn

Memarlıq və dizayn – insanın mənəvi və əməli tələbatlarlna cavab verən binaların tikintisinə yönəlmiş prosesin idarəedilməsi və layihələşdirilməsi ilə bağlı fəaliyyətdir. Bizim fəaliyyətimiz konseptual planlaşdırmadan başlayaraq niyyətləri ideala çevirən genişmiqyaslı həyata keçirilənədək interyerin və dekorun dizaynının bütün tərəflərini əhatə edir. Bizim mütəxəssislər komandası Sizə məqsədli auditoriyani öyrənməyi, üslubu müəyyən etməyi, konsepsiyanı düşünməyi, planlaşdırmanı seçməyi, nəzərə çarpan və cəlbedici görüntüləryaratmağı, büdcənizə uyğun olan,materialları, naxışları və mebelləri seçməyi, həmçinin layihənin reallaşması üçün bütün lazımi çertyojlarla birgə iş layihəsi yaratmağıa kömək edə bilər.

Biz interyerin dizaynı, yaşayış və ictimai binaların tikilməsi, tənasüb, miqyas, balanslaşdırma, rəng, üslub, faktura, memarlıq, işıqlandırma elementləri istifadəsi ilə dizayn və bəzədilmə üzrə fərdi xidmətlərin tam spektrini təklif edir, istənilən funksionallıq atmosferi və komfort yaradırıq.

Bizim imkanlarımız:

layihəöncə təklif;
cizgi layihəsi (qərarın qəbul edilməsi üçün lazım olan planlar, çertyojlar, kəsimlər);
“layihə” mərhələsi;
işin sənədləşməsi;
dizayn-layihə (təsdiq edilmiş və mühüm üslub qərarların müfəssəl işlənməsi);
yaşayış və qeyri-yaşayış yerlərin yenidən planlaşdırılması və yenidənqurulmasını təmin edən layihələr;
çoxmənzilli yaşayış binalarında yerləşən qeyriyaşayış yerlərin yenidən planlaşdırılması;
mebelin və avadanlığın düzülməsi ilə yenidən planlaşdırma;
kottedjlərin, şəxsi evlərin, istehsalat bina və qurğuların layihələri, həmçinin tikilmiş binalarda layihələrin yenidənqurulması (fasadın, mərtəbənin, faydalı sahənin dəyişdirilməsi, lodjiyaların tikilməsi və s. məqsədlərlə);
binaların üz divarlarının və iç görünüşünün dizaynı;
tərtibatın memarlıq elementlərinin işlənməsi.