LANDŞAFT DİZAYNI

İnsan onu əhatə edən dünyanı fəal surətdə dəyişdirir, qarmoniya haqqında öz təsəvvürlərinə uyğun olaraq onun xarici simasını başqalaşdırır.

Landşaft dizaynı - təbii komponentlərdən fəal istifadə yolu ilə sahənin xarici görünüşünün abadlaşdırılmasına yönəlmiş xüsusi tədbirlərin və binagüzarlığın toplumudur. Landşaft dizaynı sizin bağınızı rahat, gözəl, ən başlıcası ilə - orijinal və təkraredilməz etməyə qadirdir.

Biz Sizə eskiz, əsas plan,iş sənədləri (avtomatik sulama, elektrik, drenaj sxemləri, ilkin xərclər cədvəli və digər lazım olan sənədlər) təklif etməyə hazırıq.

Təklif edirik ki, bizim peşəkarlarımızın aşağıda sadalanan xidmətlərindən istifadə edəsiniz:

Sizin sahənizdə olan sağlam ağaclar və yaşıllıq saxlanılmaqla yeni landşaftın yaradılması və təzə dekorativ və barverən açacların əkilməsi;
çiçəkliklərin və çiçək ləklərinin yaradılması;
rulon yaxud əkilmə qazon;
aptek bostanı – vitamin azlığının doldurulması üçün ətirli və qidaya əlavə edilən bitgilər;
fəal istifadə edilən təbii komponentlər – daş, su, torpaq işləri;
sahənin hazırlığı, torpaq işləri;
relyefin geoplastikliyi;
drenayqoyulma, avtomatik suvarma sistemi, daşdöşəmə işləri, dayaq divarlarının qurulması, dekorativ su hovuzları, kiçik çayların, alp təpəcikərinin və rokarilərin quraşdırılması;
kiçik memarlıq formaları;
mənzərə, klassik (daimi), şərq və milli üslublarda bağ-park sahələrinin yaradılması.