İnnovasiya texnologiyaları – layihənin ardıcıllıqla yerinə yetirilməsi üçün təyin edilmiş müasir üsullar və vasitələrdir. Başqa sözlə desək, innovasiyalar tərəqqinin təkanverici qüvvəssidir. Onlarsız heç bir islahat yaxud təsərrüfat həlli ötüşə bilməz, çünki yeni ideyanın həyata keçməsi üçün unikal işləmə və şəkli dəyişdirilmiş avadanlıq lazımdır. Bu sahədə texnoloji tərəqqinin beynəlxalq sürəti və miqyası тikintinin avtomatlaşdırılmış üsullara və insanların minimal dərəcədə iştirak etdiyi texnologiyaların, robot texnikasına kütləvi keçiddən asılı olacaq. Bir çox ekspertlər bu gün o fikirdə yekdildilər ki, yaxın onilliklərin tikinti industriyasında əsas tendensiyalardan biri ev tikintisində ənənəvi texnologiyalardan uzaqlaşaraq evlərin bilavasitə tikinti meydançalarında ucaldılmasına (on-sitemanufacturing), yaxud yığma-modul (meydançadan kənar) və daha sonra kompyuter vasitəsilə layihələşdirilmiş panel ya modul tərkib hissələrdən ibarət vahid şəklə salınmış binaların konveyer tikintisinə üstünlük veriləcək. Müəssisələrin öz fəaliyyətlərini genişləndirdiyi və keyfiyyətli texnikaya ehtiyac duyduqları dövrdə müasir sistemlərin tətbiqi daha vacibdir.
Tikinti nəhəginin texnoloji inkişafına son onillikdə xüsusilə təsir edən təmayül – kompleks kompyuter modelləşmənin həndəsi modelləşmə ilə birlikdə surətli tətbiqi və birləşdirilməsidir ki, bu da tikintinin müxtəlif mərhələlərində (işləmə, planlaşdırma və tikinti prosesi) dayanıqlığın hesablanma nümunəsi kimi götürülür.
Kompyuter modelləşmənin tətbiqi tikintinin ümumi maya dəyərindən orta hesabla 20-30 faizini qənaət etməyə imkan verir və əvvəlcədən tikintinin bütün mümkün olan variantlarını və sonrakı xidmət etməni qabaqlamğa imkan yaradır.
Həmçinin müasir tikintinin texnologiyaları fəal şəkildə inkişaf edir və müəyyən məqsəd və vəzifələr daşıyır. Bunlardan vəsaitlərin qənaəti, ekoloji təmizlik, zahiri görünüşün zamana görə uyğunluğu, uzunömürlülük və bir çox digərlərini göstərmək olar.